Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının olması səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub.
“Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
İrəvanın bu il dekabrın 23-nə planlaşdırılan Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə etmək üçün keçiriləcək görüşdən iştirakdan imtina etmək qərarına görə təəssüfləndiyi bildirilib.