Menyu

Latviya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Nərmin Qocamanlı
Latviya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
1 dəq oxu

Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media"  xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Əlaqəli Xəbərlər