Rəisi İraq Kürdüstanı regionunun prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
İran prezidenti İbrahim Rəisi bu gün Tehranda İraq Kürdüstanı regionunun prezidenti Neçirvan Bərzani ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, Bərzani Tehrana səfəri çərçivəsində İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei və İran parlamentinin sədri Məhəmməd Baqiri Qalibaf ilə də görüşlər keçirəcək.
Qeyd edək ki, Bərzani sonuncu dəfə 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.
Teqlər:
"R\u0259isi \u0130raq K\u00fcrd\u00fcstan\u0131 regionunun prezidenti il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"