http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

06 May 2024 , 13:15
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulandı.

Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirildi. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğuladı ki, bu, münasibətlərin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.

Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirdi.

Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.

İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu dedi.

Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***
11:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

Putin KXDR-ə səfər edəcək

Putin KXDR-ə səfər edəcək

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu