http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

06 May 2024 , 17:56
Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Baş nazir Məhəmməd Şiya Əs-Sudani onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, xalqımıza davamlı inkişaf və rifah arzulayıb.

Qeyd olunub ki, dost Azərbaycan ilə energetika, iqtisadiyyat, investisiya, turizm, təhsil və infrastruktur sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi məqsədilə mövcud potensialdan bəhrələnmək vacibdir.

M. Əs-Sudani son iki il ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, ötən il noyabrın 20-21-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb.

Baş nazir 2023-cü ilin dekabrında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, bu ilin martında isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun İraqa səfərləri zamanı aparılan müzakirələrin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın potensialının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu bildirib.

Səfir N. Məmmədov qəbula görə təşəkkürünü ifadə edib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İraqın Baş nazirinə çatdırıb.

Azərbaycanla İraq arasında bir çox sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı vurğulayan diplomat münasibətlərin daha da yaxınlaşması üçün böyük potensialın olduğunu deyib.

Diplomat Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi və sədrlik etməyə hazırlaşdığını diqqətə çatdırıb. İraqı təmsil edəcək nümayəndə heyətinin sessiyanın işinə töhfəsini verəcəyinə əminliyini bildirib.

Dünyanın əksər ölkələrinin əziyyət çəkdiyi qlobal istiləşmə, səhralaşma və quraqlıq kimi iqlim dəyişmələri, onun ətraf mühitə təsirləri fonunda COP29-un zəruriliyini vurğulayan Baş nazir İraq tərəfinin tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

Putin KXDR-ə səfər edəcək

Putin KXDR-ə səfər edəcək

XƏBƏR LENTİ
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
Menyu