06 May 2024, 20:13
Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb şəkil
Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondu (Fond) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Fondun icraçı direktoru Zoxid Ermatov imzalayıblar.

Bildirilib ki, memorandum iki qurum arasında tərəfdaşlıq münasibətlərinin, səmərəli və qarşılıqlı əməkdaşlığın qurulmasını ehtiva edir. Memorandum çərçivəsində icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sənəd əsasında tərəflər arasında tibbi yardımın keyfiyyətinə nəzarət metodlarının, güzəştli dərman təminatının, maliyyə mexanizmlərinin, informasiya texnologiyalarının və icbari tibbi sığorta çərçivəsində digər fəaliyyət növlərinin tətbiqi üzrə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələlər üzərində çalışmaq, birlikdə müxtəlif fəaliyyətlər yerinə yetirmək barədə razılaşma əldə edilib.

“Özbəkistanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə bir neçə regionda həyata keçirilir. 2025-ci ildən isə icbari tibbi sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub”, - məlumatda qeyd olunub. 

Son xəbərlər
İran hava məkanı daha bir gün bağlı qalacaq
Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib