http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib

06 May 2024 , 20:56
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib.

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

C.Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

XƏBƏR LENTİ
  • 15:58

    Silahlı şəxslər Konqoda siyasətçinin iqamətgahına hücum edib, ölənlər var
  • 15:41

    Yeni Kaledoniya mühasirədədir: Qurbanların sayı 6 nəfərə çatıb
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
  • 15:08

    Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
  • 14:56

    İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
  • 14:50

    Sexdə yanğın olub, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
  • 14:41

    Britaniyanın müdafiə naziri: London Rusiya ilə döyüşmək istəmir
  • 14:39

    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
Menyu