Menyu

Şahin Mustafayev Seyid Abbas Musəvi ilə görüşüb

Nərmin Qocamanlı
Şahin Mustafayev Seyid Abbas Musəvi ilə görüşüb
1 dəq oxu

Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

"Operativ Media" "AZƏRTAC"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əlaqəli Xəbərlər