http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq

07 May 2024 , 20:20
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Slovakiya Standartlar, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələri üzrə birgə layihələrin reallaşdırılması, eləcə də keyfiyyət siyasətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə edilib.

“Operativ Media” Dövlət Xidmətinə istinadən məlumat verir ki, müzakirələr bu gün Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində iki qurumun rəhbərləri Məmməd Abbasbəylinin və Pavol Pavlisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş zamanı aparılıb.

Bildirilib ki, görüşdə standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələri üzrə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi və müvafiq sahədə qurumlararası təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüş zamanı hər iki ölkədə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edilib, xüsusilə metroloji xidmət sahəsinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq perspektivləri və qarşılıqlı təcrübə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.

Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı istiqamətində görülən işlər, bu sahədə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış Keyfiyyət portalının əhəmiyyəti vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Latviya parlamentinin sədri Şuşaya səfər edib

Latviya parlamentinin sədri Şuşaya səfər edib

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

XƏBƏR LENTİ
  • 16:47

    Konqo Demokratik Respublikasında dövlət çevrilişinin qarşısı alınıb - YENİLƏNİB
  • 16:37

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 16:21

    Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
  • 16:12

    Latviya parlamentinin sədri Şuşaya səfər edib
  • 15:41

    Yeni Kaledoniya mühasirədədir: Qurbanların sayı 6 nəfərə çatıb
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
  • 15:08

    Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
  • 14:56

    İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Menyu