http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

08 May 2024 , 23:25
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.

O, deyib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:

“Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirlimiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".

C.Yılmaz Azərbaycanın qeyri-neft sektorunun inkişafına önəm verməsini təqdir edib: “Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, buradan əldə etdiyi maliyyə imkanlarını qeyri-neft sektorunun genişləndirilməsinə sərf edir. Bu yanaşmanın çox məntiqli olduğunu düşünürük və təqdir edirik. Azərbaycan iqtisadiyyatının çeşidlənməsində özəl sektorun müsbət rol oynayacağına, Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına inanıram. Ümid edirəm ki, Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətimiz regional rifahın artacağına və bundan bütün ölkələrin faydalanacağına səbəb olacaq”.

OXŞAR XƏBƏRLƏR
XİN: "Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır"

XİN: "Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır"

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

İran prezidentinin helikopteri qəzaya uğrayıb, axtarışlar davam edir - YENİLƏNİB

İran prezidentinin helikopteri qəzaya uğrayıb, axtarışlar davam edir - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Zaxarova: "Rusiya İran prezidentinin olduğu helikopterin axtarışına yardım göstərməyə hazırdır"
  • Dünən
    22:54

    Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib
  • Dünən
    22:25

    İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
  • Dünən
    22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • Dünən
    22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • Dünən
    21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
  • Dünən
    21:17

    ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
  • Dünən
    21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
Menyu