http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

QAİ: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür

09 May 2024 , 13:58
QAİ: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfiri Olivier Dekotinin məsuliyyətsiz və destruktiv fikirlərinə etiraz edib.

İcmadan "Operativ Media"ya daxil olan bəyanatda bildirib ki, Fransanın Ermənistandakı səfiri, Azərbaycanofob Olivier Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək, regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.

"Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır. Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq İcma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə İslamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir", - İcmanın bəyanatında qeyd olub.

Diqqətə çatdırılıb ki, Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur:

"Faktiki olaraq Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır. Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir”.

OXŞAR XƏBƏRLƏR
Tokayev İran xalqına başsağlığı verib

Tokayev İran xalqına başsağlığı verib

Abdullahiyanın müavini Əli Baqiri xarici işlər naziri vəzifəsini icra edəcək

Abdullahiyanın müavini Əli Baqiri xarici işlər naziri vəzifəsini icra edəcək

İranın keçmiş naziri Rəisi və digər nümayəndələrin ölümündə ABŞ-ni günahlandırıb

İranın keçmiş naziri Rəisi və digər nümayəndələrin ölümündə ABŞ-ni günahlandırıb

XƏBƏR LENTİ
  • 13:16

    ANAMA: Azad olunan ərazilərdə daha 35 mina aşkarlanıb
  • 12:59

    Azərbaycandakı ictimai-iaşə obyektləri və restoranlarda növbəti monitorinqlər keçirilib
  • 12:48

    Tokayev İran xalqına başsağlığı verib
  • 12:43

    Türkiyənin maliyyə naziri: Türk lirəsinə inam artıb
  • 12:43

    Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı verib
  • 12:30

    Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazandılar
  • 12:30

    Abdullahiyanın müavini Əli Baqiri xarici işlər naziri vəzifəsini icra edəcək
  • 12:28

    Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxsi polislər saxlayıb
Menyu