Ceyhun Bayramov Josep Borrellə Laçın yolundakı vəziyyəti müzakirə edib
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Aİ-nin Ali nümayəndəsi Josep Borrel arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı tviterdə paylaşım edib.
Telefon danışığı zamanı tərəflər Laçın yolu ətrafındakı mövcud vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov Laçın yolunun blokadası ilə bağlı əsassız iddiaları təkzib edərək, yoldan humanitar məqsədlərlə istifadəyə etirazçılar tərəfindən heç bir şəkildə maneə törədilmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Had a conversation w/#EU High Representative @JosepBorrellF. We discussed current situation around Lachin road. Refuted unfounded claims on so-called Lachin road blockade & emphasized that use of road for humanitarian purposes is in no way obstructed by 🇦🇿i protesters. @eu_eeas pic.twitter.com/y48z2eRNIM
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) December 23, 2022