Menyu

İrəvanda Paşinyana etiraz edən 6 nəfər saxlanılıb

İrəvanda Paşinyana etiraz edən 6 nəfər saxlanılıb
1 dəq oxu

Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

"Operativ Media" erməni KİV-lərinə istinadən xəbərinə görə, müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Ermənistanın yerli mətbuatı bir qədər əvvəl səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.

Qeyd edək ki, Nikol Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər