Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə toplantısında iştirak etməyəcək.
“Operativ Media " “24.kg”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev bildirib.
Məlumata görə, sammitin qeyri-rəsmi bölməsində Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmonun 70 illik yubileyi qeyd ediləcək.
Qeyd edək ki, MDB-nin qeyri-rəsmi zirvə toplantısı sonuncu dəfə 2021-ci il dekabrın 28-də keçirilib.
Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldava, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.