Menyu

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd edilir ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşıblar.

Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjorian Rusiya sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.//Report//

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər