Menyu

İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Nərmin Qocamanlı
İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İmadəddin Nəsiminin nəvələri, Hələb türkmənləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Siz Azərbaycanın yeni tarixini yazdınız.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Muxtar Fatih Beydili

İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri"

Əlaqəli Xəbərlər