http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib

13 May 2024 , 15:17
Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.

"Operativ Media"nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanı Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verərkən səsləndirib.

Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olub.

Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Böyük Qayıdışla bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. 

Milli Məclisin sədri həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu