Yunanıstanın baş naziri Ankarada səfərdədir
Yunanıstanın baş naziri Kiryakos Miçotakis prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
"Operativ Media" xəbər verir ki, Miçotakisi Esenboğa hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb.
Miçotakis prezident iqamətgahında Ərdoğan tərəfindən qəbul ediləcək. Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.
Ərdoğanın dəvəti ilə Ankaraya gələn Miçotakisin səfəri zamanı Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.
Aktual regional və qlobal məsələlərlə yanaşı, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılacağı gözlənilən səfər çərçivəsində əlaqələrin müqavilə əsaslarına töhfə verəcək sazişlərin imzalanması da gündəmdədir.