Rusiya və Ermənistan məktəblilər üçün birgə rus dili dərsliyi hazırlayır
Operativ Media
Rusiya və Ermənistan məktəblər üçün birgə rus dili dərsliyinin hazırlanmasını müzakirə edirlər.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Qeyd edək ki, iki ölkənin hökumətlərarası komissiyasının iclası keçirilib. Ermənistan tərəfini Paşinyanın müavini Mher Qriqoryan təmsil edib. Tərəflər iqtisadi əməkdaşlığa dair yekun protokolu imzalayıblar.