Menyu

ATƏT sədri: Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyəcəyik

Nərmin Qocamanlı
ATƏT sədri: Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyəcəyik
1 dəq oxu

ATƏT-in sədri kimi Azərbaycanla Ermənistan arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik. 

"Operativ Media" xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib.

İan Borq qeyd edib ki, bu gün iqlim təhlükəsizliyi məsələsi əsas prioritetlərdəndir.

O həmçinin əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik.

Əlaqəli Xəbərlər