Menyu

Peskov: "Rusiyanın Gürcüstanda baş verənlərə müdaxilə etmək niyyəti yoxdur"

Nərmin Qocamanlı
Peskov: "Rusiyanın Gürcüstanda baş verənlərə müdaxilə etmək niyyəti yoxdur"

"Gürcüstan parlamentində xarici agentlər haqqında qanunun qəbulu və bunun fonunda kütləvi etiraz aksiyaları Gürcüstanın daxili işidir və Rusiya buna qarışmaq niyyətində deyil".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bir daha Gürcüstanın daxili işlərinə kənardan açıq müdaxilənin şahidi oluruq. Hətta Gürcüstan bu və ya digər qanunu qəbul edərsə, ona qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı hədələr eşidirik, amma bu, Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə deyilsə, nədir?", - Peskov mətbuat konfransı zamanı bildirib.

Dmitri Peskov Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinə baxılmasını “Gürcüstan rəhbərliyinin ölkəni açıq müdaxilədən qorumaq istəyi” kimi qiymətləndirib. O, həmçinin bildirib ki, oxşar qanunlar dünya ölkələrinin böyük əksəriyyətində mövcuddur.

Qeyd edək ki, mayın 13-də Gürcüstan parlamentinin komitəsi üçüncü oxunuşda xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin əleyhdarları hər gün Tbilisidə etiraz aksiyası keçirirlər. 

Teqlər:

"Peskov: \"Rusiyan\u0131n G\u00fcrc\u00fcstanda ba\u015f ver\u0259nl\u0259r\u0259 m\u00fcdaxil\u0259 etm\u0259k niyy\u0259ti yoxdur\""

Əlaqəli Xəbərlər