http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN Ceyhun Bayramovun Rusiya səfəri ilə bağlı məlumat yayıb

23 Dekabr 2022 , 18:52
XİN Ceyhun Bayramovun Rusiya səfəri ilə bağlı məlumat yayıb

23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub.

"Operativ Media" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan və Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan tərəfindən sözügedən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin 2 oktyabr tarixində Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qərarlı olduğu bildirilib.  

Nazir Sergey Lavrov, Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Nazir Sergey Lavrov, bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu