http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

15 May 2024 , 05:54
Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

EAvropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində deyib.

O, qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin "təhlükəsizlik və rifah mənbəyi" kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur.

“Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”.

Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.

Yüksək vəzifəli diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır. "2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin Baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur", - o bildirib.

Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu