23 Dekabr 2022, 22:05
Paul Vanner Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər
Paul Vanner Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər şəkil
Paul Vanner Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

Almaniya "Bavariya"sının futbolçusu Paul Vanner Avstriya millisindəki debütünü Azərbaycana qarşı 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyununda gerçəkləşdirə bilər.

"Operativ Media" yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 17 yaşlı yarımmüdafiəçini Avstriya yığmasına cəlb etməyə çalışır.

64 yaşlı mütəxəssis hazırda Almaniyanın U-17 kollektivində çıxış edən istedadlı oyunçuya qarşıdan gələn seçmə mərhələ və Avropa çempionatında millinin əsas heyət üzvü olacağını vəd edib.

Lakin digər tərəfdən almanlar da gənc vingeri buraxmaq niyyətində deyil. Yaxın günlərdə Vannerin bundestimin baş məşqçisi Hans-Diter Fliklə görüşü planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Son xəbərlər
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır