Menyu

Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb

Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb

Azərbaycanla Belarus arasında ölkədən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr ölkədə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə keçirilən görüşdə aparılıb: "Görüşdə dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə etdik".

Teqlər:

"Az\u0259rbaycan Belarusla n\u0259qliyyat sah\u0259sind\u0259 r\u0259q\u0259msalla\u015fma il\u0259 ba\u011fl\u0131 m\u00fczakir\u0259l\u0259r apar\u0131b"

Əlaqəli Xəbərlər