http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Yeni Rəqabət məcəlləsinin qüvvəyə minməsi sahibkarlar üçün nələri dəyişəcək?

16 May 2024 , 16:48
Yeni Rəqabət məcəlləsinin qüvvəyə minməsi sahibkarlar üçün nələri dəyişəcək?

"Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına imkan yaradacaq".

"Operativ Media" xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli deyib:

“Hiss olunur ki, dövlət ciddi şəkildə Rəqabət məcəlləsini tətbiq etməyi planlaşdırır. Əvvəlki qanunlar, vəzifələr, öhdəliklər olsaydı yan keçirdilər və rəqabət Antiinhisar xidməti də bununla məşğul olmazdı. Söhbət təkcə Antiinhisar xidmətindən gedirdisə, indi isə ayrıca rəqabət orqanı formalaşacaq. Burada dediyim kimi haqsız rəqabət haqqında, təbii inhisarlar və antiinhisar fəaliyyəti bunların hamısını birgə bir rəqabət orqanı tənzimləyəcək”.

İqtisadçının sözlərinə görə, Rəqabət məcəlləsində yer alan effektiv hüquqi alətlərin rəqabət intizamını pozan əməllərdən çəkindirməsi və təmərküzləşmələrə nəzarət siyasəti ilə bazarlara süni giriş maneələrinin qarşısının alınmasında effektivliyə nail olunacaq:

“Rəqabət orqanına kifayət qədər də səlahiyyətlər verilib, cərimə edə bilər, informasiya ala bilər. İnformasiyanın doğru-düzgün təqdim edilməsində ciddi cərimələr mövcuddur və rəqabət məcəlləsinin pozulması halında da ciddi cərimələr müəyyənləşir. Sahibkar haqsız rəqabət məsələlərində rəqiblərini gözdən salma, yamsılama onların loqolarından oğurluq istifadə və s olaraq rəqiblərinə qarşı haqsız fəaliyyətlərdən çəkinməlidir”.

Xalid Kərimlinin sözlərinə görə,  məcəllənin qüvvəyə minməsi ilə biznes mühitinin inkişafının qarşısını alan, inhisarçı davranış göstərənlərə qarşı məsuliyyət tədbirləri gücləndirəcək:

“Əsasən bazarda hökmran mövqedə olan və yaxud da əhəmiyyətli paya malik olan müxtəlif üfüqi sazişlərlə, razılaşmalarla rəqiblərini sıxışdıran şirkətlər sadəcə bu fəaliyyətlərindən çəkinməlidirlər. Eyni zamanda da bu hökmran mövqeyə malik olub sui-istifadə edənlərə cəzalandırma mexanizmi olacaqdır.. Sadəcə inhisarçı mövqe də sui-itifadə məsələsi diqqətdədir. İkinci məsələdə üfüqi və şaquli sazişlərlə və uyğunlaşdırılmış hərəkətlərlə rəqiblərini sıradan çıxarmağa bu və ya digər yolla çalışan strukturlar ciddi surətdə cəzalanacaq. Sahibkarlar özlərinə qarşı haqsız rəqabət proseslərinə, onların sıxışdırma, boğma cəhdləri barəsində şikayət edə biləcəkləri inzibati qurum formalaşacaq. Yəni burada kiçik və orta sahibkarlar yox, daha çox bu qanunun iri sahibkarların fəaliyyətini tənzimləməyə yönəlib. Eyni zamanda da bu kiçik və orta sahibkarların əksinə mənafeyinə xidmət edəcək ki, irilər vəziyyətdən istifadə edib problem yaratmasınlar”.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu