http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

16 May 2024 , 22:48
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.

“Operativ Media” xəbər verir ki, bu barədə Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Adəm Məhəmməd Mahmud sosial şəbəkədə bildirib.

“Baş nazirin müavini Zati-aliləri Temesgen Tirune və Azərbaycanın Baş naziri Zati-aliləri cənab Əli Əsədov qarşılıqlı maraq doğuran müxtəlif ikitərəfli və çoxtərəfli məsələləri müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında əməkdaşlığın bütün sahələrində onsuz da möhkəm olan münasibətlərin genişləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

Səfirin sözlərinə görə, görüşdə “hər iki ölkənin tərəfdaşlıq əlaqələrini gücləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək öhdəliyi bir daha təsdiqlənib”.

“Əməkdaşlıq üçün yeni imkanların araşdırılması və iki xalq arasında mövcud dostluq və etimadın təməli üzərində qurulması üçün səylərin göstəriləcəyi razılaşdırılıb. Hər iki tərəf tərəfdaşlıq münasibətlərini yeni zirvələrə çatdırmaq əzmində olduqlarını bildiriblər”, – diplomat qeyd edib.//Report//

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu