Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qərarına veto qoyub
Nərmin Qocamanlı
Budapeşt Avropa Şurasının (AŞ) Ukraynadakı münaqişənin həlli ilə bağlı qətnaməsinə veto qoyub, çünki orada yalnız Kiyevin dəstəklədiyi “sülh formulu” qeyd edilib.
"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Bu gün Şura yalnız prezident Zelenskinin sülh planını nəzərə alınmalı və dəstəklənməli olan. sülh formulu kimi tanıyan qətnamə qəbul etmək istədi. Bu, bizim üçün qəbuledilməzdir. Başqaları da Ukrayna prezidentininkindən pis olmayan sülh planları hazırlayıblar”, - o bildirib.
Siyarto xatırladıb ki, o, digər ölkələrin sülh təşəbbüslərinin qətnamə layihəsinə daxil edilməsini təklif edib. Onun tərtibi əksəriyyət tərəfindən rədd edildiyi üçün Macarıstan sənədi bloklamaq qərarına gəlib.
Teqlər:
"Macar\u0131stan Avropa \u015euras\u0131n\u0131n Ukrayna il\u0259 ba\u011fl\u0131 q\u0259rar\u0131na veto qoyub"