Menyu

"Fransanın Azərbaycanla bağlı apardığı siyasət müstəmləkəçilikdir" - Deputat

Nərmin Qocamanlı
"Fransanın Azərbaycanla bağlı apardığı siyasət müstəmləkəçilikdir" - Deputat

"Fransa kimi qədim tarixi, dünya birliyində xüsusi gücü olan ölkə 30 ildir müstəqilliyini bərpa etmiş Azərbaycanla bacarmır".

Bunu "Operativ Media" ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. 

Aydın Mirzəzadənin sözlərinə görə, Fransa mövcud reallıqla barışmalıdır:

"Fransa Azərbaycana qarşı çıxanda elə bilirdi ki, Azərbaycan susacaq və Fransa ilə dil tapmağın yolunu axtaracaq. Amma Azərbaycan Fransanın layiqli cavabını verdi. Fransanın kifayət qədər beynəlxalq birlikdə səhv hərəkətləri var. Onların biri də keçmiş müstəmləkələrinə indiyə qədər azadlıq, müstəqillik verməməsidir. Azərbaycan haqlı olaraq bu məsələni qaldırır və Azərbaycanın qaldırdığı məsələdə görünən tərəf odur ki, Fransa bundan çox narahat olmağa başlayır. Fransa rəhbərliyinin üçüncü-dördüncü adamı olan xarici işlər naziri Azərbaycandan dünya birliyinə şikayət edir. Deməli, Azərbaycan Fransanın yaralı yerinə toxunub. Fransa özünün beynəlxalq hüquqa zidd olan siyasətindən əl çəkməlidir. İndiki müstəmləkələrinə azadlıq verməli, başqa ölkələrin daxili işlərinə qarışmamalıdır".

Aydın Mirzəzadənin sözlərinə görə, Fransanın Azərbaycanla bağlı apardığı siyasət müstəmləkəçilikdir:

"Başqa ölkələrin müstəqilliyini, suverenliyini əlindən almaq, onu özünün təsiri altına almaqdır. Ancaq bununla belə Azərbaycanın apardığı siyasət beynəlxalq birlikdə dəstək tapır. Yeni Kaledonya cəmiyyəti Azərbaycanın mövqeyindən məlumatlıdır. Təsadüfi deyilki özlərinin etiraz mitinqində Azərbaycanın bayrağını qaldırıblar, deməli haqq öz yerini tapır. Fransa azərbaycanın Qoşulmama hərəkatında böyük nüfuzundan,  Azərbaycanın haqlı mövqe bildirməyindən narahatdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər