Menyu

Şahin Mustafayev Cəmşid Xocayev ilə görüşüb

Nərmin Qocamanlı
Şahin Mustafayev Cəmşid Xocayev ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Respublikası Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirildi, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırıldı.

Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulandı. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyun ayında Özbəkistan Respublikasına baş tutmuş dövlət səfərinin əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparıldı.

Əlaqəli Xəbərlər