24 Dekabr 2022, 17:18
Qırğız Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Qırğız Respublikasının Prezidenti İlham Əliyevə zəng edib şəkil
Qırğız Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, bu il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin, Azərbaycan Prezidentinin isə Qırğızıstana dövlət səfərinin əlaqələrimizin genişlənməsinə verdiyi töhfə vurğulanıb. Prezident İlham Əliyev dövlət səfəri zamanı nümayiş etdirilən yüksək qonaqpərvərliyə və səmimi dostluq münasibətinə görə Sadır Japarova bir daha minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək