Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməyə hazırdır.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlya Darçiaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu oynamağa hər zaman hazırdır.
"Gələcəkdə biz hər zaman Gürcüstanın dialoq məkanı olmasına hazırıq ki, cənub qonşularımız konkret nəticələr əldə etsinlər və regionda sülh və sabitlik olsun", - Darçiaşvili vurğulayıb.