Menyu

Qəri Counz Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Qəri Counz Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

 

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.

 

Azərbaycandakı 30 illik fəaliyyətimiz ərzində əməliyyatçısı olduğumuz dünya səviyyəli enerji layihələrinə daimi dəstəyinizə, eləcə də əməkdaşlarımızın fəaliyyətini mütəmadi şəkildə dəyərləndirərək onları təltif etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu layihələrin gerçəkləşməsi Sizin rəhbərliyiniz və Azərbaycan hökuməti, SOCAR ilə sıx əməkdaşlıq sayəsində mümkün olmuşdur.

 

Bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanıram.

 

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə və Azərbaycan xalqına firavanlıq, sülh, rifah arzulayıram”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər