İran prezidentinin helikopteri qəzaya uğrayıb, axtarışlar davam edir - YENİLƏNİB
Redaksiya
İran prezidentindən hələ də xəbər yoxdur.
İSNA bildirir ki, helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Həmin əraziyə yaxında yaşayanlar güclü səs eşitdiklərini bildiriblər.
Əraziyə 20-dən çox xilasetmə qrupu göndərilib.
Duman səbəbindən havadan axtarışlar mümkün olmayıb. Yalnız piyada axtarışları həyata keçirilir
***
17:47
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
“Operativ Media” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
***
16:59
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
“Operativ Media” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Teqlər:
"\u0130ran prezidentinin helikopteri q\u0259zaya u\u011fray\u0131b axtar\u0131\u015flar davam edir - YEN\u0130L\u018fN\u0130B"