24 Dekabr 2022, 18:43
TDT-nin Baş katibi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
TDT-nin Baş katibi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib şəkil
TDT-nin Baş katibi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Həyata keçirdiyiniz müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş və regionumuzun aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Xüsusilə vurğulamaq istərdim ki, Sizin rəhbərliyiniz altında

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş və Türk birliyinin daha da güclənməsinə təkan vermişdir. Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzedilməz töhfənin, eləcə də xalqlarımızın və bütövlükdə Türk dünyasının Sizə olan böyük rəğbətinin göstəricisidir.

İnanıram ki, Türk Dövlətləri Təşkilatının təsisçiləri sırasında olan və təşkilat çərçivəsindəki təşəbbüslərdə xüsusi çəkiyə malik Azərbaycan Respublikası Türk dövlətləri arasında ortaq tarixə, dilə, mədəniyyətə, çoxəsrlik ənənələrə və qardaşlığa əsaslanan sıx əməkdaşlığa bundan sonra da töhfəsini verəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Son xəbərlər
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb