Menyu

Lavrov: Rəisi və Abdullahiyan Rusiyada həmişə əsl dost kimi tanınıb

Nərmin Qocamanlı
Lavrov: Rəisi və Abdullahiyan Rusiyada həmişə əsl dost kimi tanınıb

"İran Prezidenti İbrahim Rəisi və Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahyan Rusiyada həmişə əsl dost kimi tanınıb".

"Operativ Media" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.

Qeyd edək ki, ötən gün "Qız Qalası" bəndinin açılışından sonra İran prezidenti İbrahim Rəisini aparan helikopterlə əlaqə itib. 

Daha sonra helikopterin çətin relyefli ərazidə qəza enişi etdiyi bildirilib və axtarışlara başlanılıb.

10-saatdan çox davam edən axtarışlardan nəticə olmadığı üçün İran Türkiyədən yardım istəyib və "AKINCI" PUA-sının köməkliyi ilə qəzaya uğrayan helikopter tapılıb.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib ki, helikopterdə olan İran prezidenti və xarici işlər naziri də daxil olmaqla bütün heyət həlak olub.

Daha sonra məlumatı İranın dövlət televiziyası təsdiqləyib.

Teqlər:

"Lavrov: R\u0259isi v\u0259 Abdullahiyan Rusiyada h\u0259mi\u015f\u0259 \u0259sl dost kimi tan\u0131n\u0131b"

Əlaqəli Xəbərlər