Menyu

Livan İran prezidentinin ölümü ilə bağlı matəm elan edib

Nərmin Qocamanlı
Livan İran prezidentinin ölümü ilə bağlı matəm elan edib

Livanda İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edilib.

"Operativ Media" xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

“İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümünə səbəb olan kədərli helikopter qəzası ilə əlaqədar rəsmi matəm elan edilir. Livanda üç günlük matəm müddətində dövlət bayraqları endiriləcək, radio və televiziya kanallarının proqramında düzəlişlər ediləcək".

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdollahian və digər rəsmiləri daşıyan helikopter mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində qəzaya uğrayıb. 

Belə ki, ötən gün "Qız Qalası" bəndinin açılışından sonra İran prezidenti İbrahim Rəisini aparan helikopterlə əlaqə itib. 

Daha sonra helikopterin çətin relyefli ərazidə qəza enişi etdiyi bildirilib və axtarışlara başlanılıb.

10-saatdan çox davam edən axtarışlardan nəticə olmadığı üçün İran Türkiyədən yardım istəyib və "AKINCI" PUA-sının köməkliyi ilə qəzaya uğrayan helikopter tapılıb.

Helikopterdə olan İran prezidenti və xarici işlər naziri də daxil olmaqla bütün heyət həlak olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər