"ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik".
“Operativ Media” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır: "Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir”.
Lavrov qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür.