Hindistan İsveçrədə keçiriləcək Ukrayna sammitində iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bunu baş nazir Narendra Modi deyib.
"Hindistan qlobal sülh, təhlükəsizlik və inkişaf gündəmini irəli sürən bütün əsas sammitlərdə iştirak edəcək" , - o bildirib.
Onun sözlərinə görə, Hindistan tədbirdə Qlobal Cənub ölkələrini və onların Ukraynadakı vəziyyətə baxışını təmsil edəcək. Baş nazir konfransda şəxsən iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib, təmsilçilik səviyyəsinin vaxt, logistika və paralel öhdəliklərdən asılı olacağını bildirib.
Qeyd edək ki, mayın 2-də İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna konfransının tarixini təsdiqləyib. Tədbir 15-16 iyun tarixlərində Bürgenstokda baş tutacaq.
Teqlər:
"Hindistan Ukrayna sammitind\u0259 i\u015ftirak ed\u0259c\u0259k"