Menyu

ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib

Əziz Əzizli
ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokurorunun İsrailin baş naziri Binyamin Netanyahu və HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın “müharibə cinayətləri” səbəbilə həbsə order verilməsi tələbinə Qərbdən reaksiyalar davam edir.

"Operativ Media" xəbər verir ki, ABŞ prezidenti Co Bayden bir daha qərarı qınadığını və qəbul etmədiyini bəyan edərək, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatda "soyqırım törətmədiyini" müdafiə edib.

Ağ Evdə "Amerika Yəhudi İrsi Ayı" tədbirində çıxış edən Bayden, "Qəzzada baş verənlər soyqırım deyil, biz bunu rədd edirik" deyib.

İsraillə HƏMAS arasında heç bir bərabərliyin olmadığını ifadə edən Bayden, "İsrailin təhlükəsizliyinə yönələn təhdidlərə qarşı hər zaman onların yanında olacağıq" deyib və Vaşinqtonun İsrailə dəstəyinin "sarsılmaz" olduğunu söyləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər