Menyu

Rəisini daşıyan helikopterdə hansı səhvlər edilmişdi?

Redaksiya
Rəisini daşıyan helikopterdə hansı səhvlər edilmişdi?

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatını itirdiyi helikopter qəzası geridə suallar buraxıb.

"Operativ Media" "TRT"yə istinadən xəbər verir ki, qəzanın necə və hansı səbəbdən baş verdiyi barədə hələlik yekun rəsmi açıqlama verilməyib.

Mütəxəssislər uçuş protokollarına tam əməl olunmadığını vurğulayırlar. Türkiyənin Aydın Adnan Menderes Universitetinin professoru, aviasiya mütəxəssisi Dr.Hüseyn Çelik bildirir ki, İran rəsmiləri uçuş qaydalarına ciddi yanaşmayıblar.

"Ümumiyyətlə, yüksək rütbəli dövlət rəsmiləri fərqli hava nəqliyyatı ilə uçurlar. Bu qəzadan gördük ki, Prezident və Xarici işlər naziri eyni helikopterlə uçurmuşlar. Düzdür, bu qəbul edilmiş qayda deyil, bəzi ölkələrə görə fərqlənə bilər. İranın bu mövzuda protokolu necədir, onu bilmirəm. Amma dövlətin başında dayanan iki nəfərin eyni helikopterdə uçması, məsləhət deyil".

O qeyd edib ki, bu cür relyefdə və havada helikopteri idarə etmək olduqca risklidir.

“Pilot uçuşdan əvvəl hava şəraitini və meteoroloji məlumatları yoxlamalıdır. Dumanlı və dağlıq ərazilərdə uçuşlar təhlükəlidir və aviasiya qaydalarına əməl olunmazsa, qəza qaçılmazdır. Bu qəzaya görə, helikopterə nə dərəcədə qulluq olunması, pilotun təcrübəsi də sorğulanmalıdır”.

Teqlər:

"R\u0259isini da\u015f\u0131yan helikopterd\u0259 hans\u0131 s\u0259hvl\u0259r edilmi\u015fdi?"

Əlaqəli Xəbərlər