Menyu

Peskov: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb"

Peskov: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb"
1 dəq oxu

MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək.

Əlaqəli Xəbərlər