Gürcüstanın baş naziri təhdid edilib
Nərmin Qocamanlı
1 dəq oxu
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd hekayəsi ilə qorxudub.
"Operativ Media" Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, siyasətçi həmin şəxsin konkret kimliyini açıqlamayıb.
“Qərbdən uzun sürən şantaj fonunda belə Avropa komissarlarından biri ilə telefon danışığında edilən hədə heyrətləndirici idi. Mənimlə söhbətində Avropa komissarı şəffaflıq qanununa vetoya son qoyularsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadaladı. O qeyd etdi ki, “Siz Fiko ilə nə baş verdiyini gördünüz və siz də çox diqqətli olun”, - Kobaxidzenin bəyanatında bildirilib.
Sorğu