Menyu

Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək

Nərmin Qocamanlı
Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək
1 dəq oxu

ABŞ prezidenti Cozef Bayden İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"ABŞ prezidenti Cozef Bayden böyük ehtimalla 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransa qatıla bilməyəcək, çünki o, eyni müddət ərzində Fransada seçki kampaniyası üçün keçiriləcək ianə toplama tədbirinə də qatılacaq", - məlumatda qeyd olunub.

Bir müddət əvvəl Amerika liderinin milli təhlükəsizlik məsələləri üzrə müavini Ceyk Sallivan bildirmişdi ki, Birləşmiş Ştatlar Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa fəal şəkildə hazırlaşır.

Əlaqəli Xəbərlər