http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İtaliyanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

25 May 2024 , 18:05
İtaliyanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. 

"Operativ Media" xəbər verir ki, mayın 25-də Luici Salvato Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən qəbul edilib. Görüşdə Baş prokuror Kamran Əliyev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib. 

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisində əks etdirilən stendlərlə tanış olublar. 

İtalyalı prokurorlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Qonaqlar tarixi-mədəni abidələrlə zəngin olan Bakı şəhərinin Balaxanı qəsəbəsini ziyarət edərək, orada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması və digər yerli sənətkarlıq nümunələri ilə yaxından tanış olublar. 

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunaraq 2008-ci ilin sentyabr ayında istifadəyə verilmiş Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edən qonaqlara tikilinin tarixi barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:34

    "Bakcell" balans bildirişini ekranda göstərmək üçün abunə haqqı tutacaq
  • 12:27

    Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb
  • 12:22

    Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
  • 12:17

    Bazar gününün havası açıqlanıb
  • 12:05

    Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub
  • 11:39

    DİN: Xankəndidən 24 avtomat silahı aşkarlanaraq götürülüb
  • 11:24

    Amerikalı səyyah: Qarabağdakı dəyişikliklərdən təsirləndim
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
Menyu