Şalva Papuşavili: Regionumuzun inkişafı üçün Azərbaycanla Ermənistan arasında sülh vacibdir
Operativ Media
Gürcüstan Cənubi Qafqazın sülh və sabitliyinə töhfə vermək istəyir.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuşavili Tbilisidə səfirlərin konfransında deyib.
"Biz Azərbaycan və Ermənistanla birgə parlament səyləri ilə sülh və sabitliyi təşviq etmək istərdik ki, bu da regionumuzun inkişafı üçün zəruri şərtdir", - o vurğulayıb.