TÜRKSOY-un Baş katibi İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Nərmin Qocamanlı
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin müdrik və ardıcıl siyasəti nəticəsində Azərbaycan Respublikası bütün əraziləri üzərində tam hüquqi nəzarəti bərpa edərək regionda sülhün və əmin-amanlığın təminatçısına çevrilmişdir.
TÜRKSOY ortaq türk mədəniyyətinin inkişafına yönəlik beynəlxalq fəaliyyətində Sizin dəstəyinizi daim hiss edir, Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri yüksək qiymətləndirir.
Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-a göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.
Ən dərin hörmət və ehtiramla”,
Teqlər:
"T\u00dcRKSOY-un Ba\u015f katibi \u0130lham \u018fliyev\u0259 t\u0259brik m\u0259ktubu \u00fcnvanlay\u0131b"