"BMT nəinki Qəzzada soyqırımı dayandırmaq, hətta öz işçilərini xilas etmək iqtidarında deyil, təşkilat ölüb".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki toplantısında çıxışı zamanı deyib:
"Rəfahdan çəkilən şəkillər dözülməzdir. Rəfaha hücumlar daha qanlı mərhələyə qədəm qoyub. Məgər sizdə bir damla insanlıq qalmadı? 15 min günahsız uşaqdan nə istəyirdiniz? Ay Amerika dövləti, bu qan sizin də boynunuzdadır. Onlar (İsrail) kimi bu soyqırım üçün eyni məsuliyyəti daşıyırlar".
Onun sözlərinə görə, BMT heç bir faydası olmayan təşkilata çevrilib:
"BMT, soyqırımı dayandıra bilmirsə, onda nə işlə məşğuldur? BMT nəinki Qəzzada soyqırımı dayandırmaq, hətta öz işçilərini xilas etmək iqtidarında deyil, təşkilat ölüb".
Teqlər:
"\u018frdo\u011fan: BMT bir t\u0259\u015fkilat olaraq \u00f6l\u00fcb"