Menyu

Ərdoğan İtaliyanın baş naziri ilə regional məsələləri müzakirə edib

Nərmin Qocamanlı
Ərdoğan İtaliyanın baş naziri ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İtaliya arasındakı əlaqələr, İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlar, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, İsrailin Fələstinə qarşı vəhşi hücumlarını dayandırmaq və İsrail rəhbərliyini beynəlxalq hüquqa riayət etməyə məcbur etmək üçün təzyiqlər artırılmalıdır.

Türkiyə lideri Qəzzada dərhal daimi atəşkəsin təmin edilməsi ilə yanaşı, əsir və məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılmasının Türkiyənin prioriteti olduğunu bildirib.

Ərdoğan İtaliyanın İspaniya, İrlandiya, Norveç kimi tarixin doğru tərəfində olmasını, Fələstin dövlətini tanıyıb ədalətli mövqe tutmasını arzuladığını bildirib.

Teqlər:

"\u018frdo\u011fan\u00a0\u0130taliyan\u0131n ba\u015f naziri il\u0259 regional m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər