Bəzi ali təhsil müəssisələrinin nizamnaməsini Nazirlər Kabineti təsdiq edəcək
Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
"Operativ Media" xəbər verir ki, dəyişikliklə dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılan ali təhsil müəssisəsinin nizamnaməsini Nazirlər Kabineti təsdiq edəcək.
Qeyd edək ki, bundan əvvəl nizamnamə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti tərəfindən təsdiq edilirdi.
Teqlər:
"B\u0259zi ali t\u0259hsil m\u00fc\u0259ssis\u0259l\u0259rinin nizamnam\u0259sini Nazirl\u0259r Kabineti t\u0259sdiq ed\u0259c\u0259k"